Dumanlı və qarlı hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 20-yə yaxın aviareys gecikir və təxirə salınıb.
Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata əsasən, hazırda Vnukovo hava limanında iki reys gecikir və dörd reys təxirə salınıb, Domodedovo limanında üç reys gecikir və iki reys təxirə salınıb, Jukovski hava limanında bir reys təxirə salınıb, Şeremetyevo aeroportunda isə üç reys gecikir, beşi təxirə salınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, Rusiya paytaxtında müşahidə edilən dumanlı hava şəraiti Bakı ilə Moskva arasında (Bakı-Moskva, Moskva-Bakı) hava nəqliyyatı ilə sərnişin daşımalarına təsir etməyib.
"Səhərki reyslər vaxtında yerinə yetirilib, qalan reyslər üzrə qrafikdə hələlik gecikmələr müşahidə olunmur", - aeroportdan bildirilib.