Rusiyanın "IrAero" aviaşirkəti Samara-Bakı aviareysi üzrə müntəzəm uçuşlara başlayıb.
Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, aviareys artıq açılıb və uçuşlar həftədə bir dəfə, çərşənbə günləri "SuperJet 100" təyyarəsi ilə həyata keçirilir.
Xatırladaq ki, iyunun 4-dən etibarən "Ural Airlines" aviaşirkəti də Samaradan Bakıya birbaşa aviareyslər üzrə həftəlik uçuşlara başlayacaq.