Saxta avtomobil ehtiyat hissələrinin tədarükü və satışına qarşı mübarizə ilə bağlı təlim keçirilib - VİDEO

Saxta avtomobil ehtiyat hissələrinin tədarükü və satışına qarşı mübarizə ilə bağlı təlim keçirilib - VİDEO
# 24 avqust 2023 11:15 (UTC +04:00)

Bakıda "Saxta avtomobil ehtiyat hissələrinin tədarükü və satışı"na qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsi, “Hyundai-Mobis Korporasiyası”ndan gələn ekspertlər, avtomobil sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri və avtomobil sahəsi üzrə fəal olan bir çox media təşkilatlarından olan jurnalistlərin iştirakı ilə “Otoplaza Mall Avtomobil şəhərciyi”ndə çox tərəfli seminar-təlim keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirə ev sahibliyini “Hyundai” markasının Azərbaycandakı distributoru “Auto Azərbaycan” şirkəti edib.

Tədbirdə saxta ehtiyat hissələri ilə niyə və hansı şəkildə mübarizə aparılmalı olduğu ilə bağlı iştirakçılara ətraflı məlumat təqdim edilməklə bərabər bu məsələdə qarşıda duran vacib məsələlər və problemlər müzakirə olunub. Daha sonra, tədbirin gedişatında “Hyundai” avtomobillərinin misalında orijinal ehtiyat hissələrini saxta ehtiyat hissələrindən asanlıqla fərqləndirməyin yolları “Hyundai-MOBİS” mütəxəssisləri tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir daha bir yeniliklə də yadda qalıb. Belə ki, MOBİS korporasiyası tərəfindən saxta ehtiyat hissələrini asanlıqla müəyyənləşdirməyə imkan verən yeni mobil tətbiqin təqdimatı da baş tutub və bu mobil tətbiqin funksionallığı iştirakçıların böyük marağına səbəb olub.

“Saxta ehtiyat hissələrinin idxalının qarşısını almaq istehlakçıların hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, avtomobil yollarında baş verən ağır yol nəqliyyat hadisələrinin də sayının azalmasına öz təsirini göstərə bilər”, – deyə “Auto Azərbaycan” şirkətinin Marketinq direktoru Anar İsmayılov bildirib. Anar İsmayılov onu da qeyd edib ki, şirkət fəaliyyətini genişləndirir:

“Biz bu məsələdə dövlət qurumlarının da dəstəyi ilə öz fəaliyyət istiqamətimizi davamlı olaraq genişləndirməkdəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR