Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır
# 14 noyabr 2016 08:53 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 15 mlrd. 781,3 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 mlrd. 579,8 mln. dollar, idxalın dəyəri 6 mlrd. 201,5 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 378,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 38,3%-i Avropa İttifaqı ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 49,6%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR