TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 2% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımaların həcmi 2% artıb
# 15 dekabr 2021 16:10 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 33 436,2 min ton, yük dövriyyəsi isə 7 931,0 mln. ton-km olub.

"APA-Economics" Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2% və 2,6% artıblar.

Yüklərin 18 643,0 min tonu və ya 55,8%-i avtomobil nəqliyyatı, 11 009,2 min tonu və ya 32,9%-i dəmir yolu nəqliyyatı, 3784,0 min tonu və ya 11,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 21,9%-ni və ya 7 324,4 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR