Bu il qanvermə aksiyalarında 14 608 litr qan toplanıb

Bu il qanvermə aksiyalarında 14 608 litr qan toplanıb
# 15 avqust 2016 14:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı (MQB) və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 608 litr qan toplanıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR