“Akkord” Türkiyədə 500 mln. dollarlıq sərmayə yatıracaq

“Akkord” Türkiyədə 500 mln. dollarlıq sərmayə yatıracaq
# 30 sentyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Türkiyə iqtisadiyyatına 500 mln. dollar həcmində sərmayə yatırmaq niyyətindədir.

 

APA-Economics” Türkiyə mətbuatına istinadən verdiyi xəbər verir ki, bu barədə şirkətin Türkiyə nümayəndəliyinin rəhbəri Nurgün Çalbıyık bildirib.

 

Onun sözlərinə görə, yatırımın 2016-cı ildə qoyulması planlaşdırılır.

 

“Hədəfimiz Türkiyənin aparıcı şirkətlərindən biri olmaqdır. Balkan yarımadası, Orta Şərq, Körfəz və Afrika ölkələrini Türkiyədən keçməklə koordinasiya edirik. Bundan başqa, Suriya, Qəzza, Liviyada yenidən inşaat işlərində iştirak etmək istərdik”, - deyə N. Çalbıyık qeyd edib.

 

O, əlavə edib ki, hazırda şirkətin mədən sektorunda 300 mln. dollarlıq iki layihəsinin reallaşdırılması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR