“Avesta” Konserninin prezidenti Türkiyənin mətbuat nümayəndələrini qəbul edib - FOTO

“Avesta” Konserninin prezidenti Türkiyənin mətbuat nümayəndələrini qəbul edib - <span style="color: red;">FOTO
# 02 sentyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. “Avesta” Konsernin prezidenti, “Khazar Islands” layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli Türkiyənin “Star”, “Bloomberg”, “Dünya” və “Kripto” agentliyinin nümayəndə heyətini qəbul edib.

Konsernin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə qonaqlara layihə haqqında geniş məlumat verilib. İ.Nehrəmli buranın gələcək perspektivlərindən də danışıb.

Bundan başqa, Türkiyənin mətbu orqanları ilə reklam və marketinq sahəsində müəyyən qarşılıqlı razılıqlar əldə olunub.

Xatırladaq ki, süni arxipelaqda inşa olunan və 78 adadan ibarət “Khazar Islands” meqa-layihəsində artıq bir sıra sosial obyektlərinin açılışı olub. Məlumata görə, məhz bu tədbirlərin nəticəsində layihə ilə maraqlanan turistlərin və beynəlxalq mətbuat nümayəndələrinin sayı artıb. Qonşu ölkələrin TV kanalları, eləcə də digər beynəlxalq mətbu orqanları layihənin detalları ilə yaxından tanış olur, bu layihəni dünya miqyasında çox önəmli bir hadisə adlandırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR