“Azərbaycan Dəmir Yolları” yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejiminə keçib
# 10 sentyabr 2014 05:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu gündən gücləndirilmiş iş rejiminə keçir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, yeni dərs ili ərəfəsində - sentyabrın 10-dan 14-lək gucləndirilmiş iş rejimi tətbiq olunur.

Bununla əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR