“Azəryolservis” sürücülərə müraciət edib

“Azəryolservis” sürücülərə müraciət edib
# 11 iyul 2014 13:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, qeyd dilən ərazidə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bərpa işləri ilə bağlı həyata keçiriləcək: “İşlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə bu gecə saat 11:00-da dəmiryol körpüsünün yaxınlığında yerləşən “Dörd yol” adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5 km hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq”.

P. Mürsəliyev sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR