“Bakcell” yeni smartfonunu təqdim edib

“Bakcell” yeni smartfonunu təqdim edib
# 20 sentyabr 2014 08:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakcell” şirkəti Azərbaycan bazarında yeni brend smartfonu olan “ALOV”u təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, “Android” əməliyyat sistemində olan “ALOV” smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir.

“Biz ötən il bazarda öz brend smartfonunu - “Bakcell” smartfonunu təqdim edən ilk mobil operatoruq. “Bakcell” smartfonları 2013-cü ildə bizim üçün çox uğurlu təşəbbüs olub. “Bakcell” 3G İnternet brendi və “Bakcell” brendi ən yaxşı mobil məlumat ötürməsi və mobil internet xidməti göstərməsi ilə tanınır. Bu iki xüsusiyyəti yüksək keyfiyyət və funksionallığı ilə seçilən mobil qurğuda cəmləşdirmək bizim üçün labüd addım idi. Bazarda “Bakcell” smartfonuna kifayət qədər yüksək tələbat oldu. Biz əminik ki, “ALOV” ən yaxşı istifadə təcrübəsi təqdim etməklə bizim ilk smartfonumuz qədər uğurlu olacaq”, - deyə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

“ALOV” yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.

Smartfonun xüsusiyyətləri geniş 4.7 düymlü sensorlu ekran, 5 meqapiksel kamera, ön kamera, 4-nüvəli prosessor - 1.3 GHz Quad Core, RAM 512 + ROM 4GB, əməliyyat sistemi - Android 4.4 və 2000 mAh batareyadan ibarətdir.

Premium smartfon xüsusiyyətlərinə malik bu cihazın qiyməti 129 manat təşkil edir.

Alıcılar 1 illik zəmanətə yanaşı, hər ay 1 GB olmaqla 6 ay ərzində bonus şəklində internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonra abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 manat yükləməlidir. “ALOV” smartfonu yalnız “Bakcell” nömrəsi ilə istifadə oluna bilər.

“ALOV” smartfonu “Bakcell”in rəsmi diler və tərəfdaşı olan dükanlardan əldə oluna bilər. “ALOV” smartfonu barədə əlavə məlumatı bu linkdə əldə etmək olar: http://www.bakcell.com/az/alov-smartfon

Örən il “Bakcell” yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013 - 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olması olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR