"Bakı Metropoliteni"in "Dərnəgül" deposunda vaqonların əsaslı təmiri aparılacaq

"Bakı Metropoliteni"in "Dərnəgül" deposunda vaqonların əsaslı təmiri aparılacaq
# 16 sentyabr 2014 08:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisində “Bakı Metropoliteni” QSC-nin III növbəsinin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunda 1-ci dərəcəli əsaslı təmir yerinə yetiriləcək. Burada vaqonların elektrik cihazlarının, pnevmatikasının, mexaniki hissələrin, vaqon daxili avadanlıqların təmiri, həmçinin mühərrik və işçi hissələrin sazlanmasını nəzərdə tutulur.

Bu haqda “APA-Economics”ə Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, “Dərnəgül” deposunda ümumilikdə 19 adda tikinti sahəsinin olması planlaşdırılır.

“Burada qataryuma kamerası, qazanxana, nasosxana və mərkəzi stansiya, elektrik mərkəzləşmə məntəqəsi, yanğın əleyhinə, eləcə də yağıntılar, işlənmiş müxtəlif növ mayelər və yağlar üçün çənlər, habelə təmizləyici qurğuların inşası nəzərdə tutulub. Bundan başqa, depoda sərnişin platformasının və piyada keçidinin inşası da nəzərdə tutulub”, - deyə N. Paşayev bildirib.

“Dərnəgül” deposunun digərlərindən fərqinə gəlincə, qurumun mətbuat xidmətinin rəisi qeyd edib ki, o, onun inşası “yaşıl” və “qırmızı” xətlərin ayrılmasına imkan yaradacaq: “Bu işlərə başlanılacaq dövrdə “Nizami-Dərnəgül” mənzilində qatarların hərəkətini təmin etmək üçün xüsusi tədbirlər planı işlənəcək. Həmin vaxt deponun imkanlarından həm qatarların saxlanılması, həm də baxış və yüngül təmir məqsədilə istifadə etmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR