“Bakı Metropoliteni”nin mətbuat xidmətinə rəhbər təyin olunub

“Bakı Metropoliteni”nin mətbuat xidmətinə rəhbər təyin olunub
# 14 iyun 2018 09:07 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC-yə mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

APA-Economics” xəbər verir ki, bu vəzifəyə Bəxtiyar Məmmədov təyin olunub.

Qeyd edək ki, buna qədər də B.Məmmədov şöbənin əməkdaşı olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini 1 iyun tarixinə kimi Nəsimi Paşayev icra edib. İyunun 1-dən isə B.Məmmədov N.Paşayevin vəzifələrini müvəqqəti icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR