“Caspian European Club”un tədbirlər planında dəyişiklik olub

“Caspian European Club”un tədbirlər planında dəyişiklik olub
# 26 may 2017 09:18 (UTC +04:00)

7 iyun 2017-ci il tarixinə planlaşdırılmış Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyaları qeyri-müəyyən vaxtadək təxirə salınıb.

APA-Economics”in məlumatına görə, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır.

“Rəhbərlik adından mən “Caspian European Club” və “Caspian American Club”un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm”, - deyə o bildirib.

Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın nümayəndənin, o cümlədən Xəzər-Qara dəniz regionu və Aİ ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılmışdı.

“Biz maraqlanan bütün şirkətləri 14 iyun 2017-ci ildə “Caspian European Club” və “Caspian American Club” çərçivəsində Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevin iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş “Caspian Energy Forum”un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik”, - deyə klub sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

“Caspian European Club” və “Caspian American Club” ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə təkliflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR