“Nar”ın dəstəklədiyi komanda “Microsoft Imagine Cup” beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil edib

“Nar”ın dəstəklədiyi komanda “Microsoft Imagine Cup” beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil edib
# 03 avqust 2015 08:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Hər zaman yenilik və innovativ dəyişiklikləri alqışlayan “Nar”ın dəstək verdiyi daha bir layihə uğurla başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mobil operatorun Azərbaycan Təhsil nazirliyi, Yüksək texnologiyalar parkı və “Microsoft Azerbaijan” şirkəti ilə birgə start verdiyi “Microsoft Imagine Cup” innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi olmuş və beynəlxalq yarımfinal mərhələsini də müvəffəqiyyətlə başa vurmuş “NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində təşkil edilmiş sonuncu – final mərhələsində də uğurla təmsil edib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə təmsil olunub. Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət “NoObs” komandasının bu mötəbər müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsi yüksək qiymətləndirilərək 2-ci yerə layiq görülüb. “Windows Phone 8” əməliyyat sistemli telefonlar əsasında və Bluetooth sensorlardan ibarət layihənin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir. “Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi “Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edilib.

Müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək “Microsoft Windows” oyun platformlarında tətbiq etmək, innovativ proqram layihəsi təqdim etmək və yaxud “Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək tələb olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır. İntellekt və zəkanın ön plana çıxdığı bu kimi intellektual müsabiqələrə dəstək verilməsi elm və təhsilə, tərəqqi və innovasiyalara hər zaman xüsusi önəm verən “Nar”-ın prioritetidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR