“Nar Mobile” 4G xidmətlərini göstərmək üçün lisenziya alıb

“Nar Mobile” 4G xidmətlərini göstərmək üçün lisenziya alıb
# 20 fevral 2015 13:37 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mobil operator Azərbaycanda 4G texnologiyasını tətbiq etmək üçün lazımı prosedurları keçib.

“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili bildirib ki, mobil operator tezliklərin alınması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən icazəni alıb və abunəçilərinə 4G xidmətlərini göstərməyə tam hazırdır: “Biz artıq şəbəkəmizi qurmuşuq. Bakıda baza stansiyalarımızın sayı çoxdur, şəbəkəmiz kifayət qədər genişdir. 2015-ci il ərzində bu prosesi davam etdirəcəyik.”

“Nar Mobile” texnoloji yenilikləri Azərbaycan bazarına gətirməyə davam edir. Belə ki, “Nar Mobile” Azərbaycanda ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq etməklə yanaşı, AZAL təyyarələrində mobil rabitə xidmətlərini tətbiq edib, bu yaxınlarda isə “Nar Home” adlanan məhsulunu təqdim edib ki, “Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır. İndi isə “Nar Mobile” abunəçiləri 4G xidmətlərindən yararlana biləcəklər.

4G (4-cü nəsil) texnologiyası abunəçilərə 300 mbps qədər internet sürətindən istifadə etmək imkanı yaradaraq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR