“Nokia” iki yeni modelini təqdim edib

“Nokia” iki yeni modelini təqdim edib
# 22 avqust 2013 11:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün “Nokia” olduqca münasib qiymətə gündəlik tapşırıqları icra etmək üçün funksional təklif edən iki yeni - “Nokia 106” və “Nokia 107 Dual SIM” modelini təqdim edib.

APA-Economics”in məlumatına görə, “Nokia”nın fərqləndirici müasir dizaynına, bir çox faydalı funksiya, eləcə də böyük akkumulyator resursuna malik hər iki model, mobil telefonu əsasən zənglər, mətn məlumatları və mobil əyləncə məqsədilə istifadə edənlər üçün əla seçim olacaq. “Nokia 107 Dual SIM” eyni zamanda sutkada əlavə enerji saxlamaq qabiliyyətinə malik musiqi səsləndirilməsinə imkan verən MP3-pleyerdir.

“Nokia 106” və “107 Dual SIM” modellərinin bu ilin 4-cü rübündə satışa çıxarılacağı gözlənilir. Modellərin mümkün rəngləri qırmızı və qaradır. İlk pərakəndə qiyməti haqda əlavə məlumat veriləcək.

“Xoş dizayn, faydalı funksiyalar və münasib qiymət təklif edərək, “Nokia 106” və “Nokia 107 Dual SIM” telefonları bu ilin fevral ayında debütündən dərhal sonra bütün dünyada populyarlıq qazanan “Nokia 105” modelinin təbii davamçılarıdır”, - deyə “Mobile Phones”, “Nokia” bölməsinin rəhbəri, icraçı vitse-prezident Timo Toykkanen (Timo Toikkanen) bildirib.

O qeyd edib ki, “Nokia 106” və “Nokia 107 Dual SIM” “Nokia”nın dizayna fərqləndirici və parlaq yanaşmanı təqdim edir, həmçinin telefonu ilk dəfə əldə edən alıcılara, eləcə də etibarlı əlavə aparata ehtiyac duyanların bəyənəcəyi funksiyalar təklif edir.

Təzə dizayn, işlətmənin rahatlığı və sadəliyi

“Nokia 106” və “Nokia 107 Dual SIM” modelləri özlərində orijinal dizayn və parlaq rəng palitrasını cəmləşdirir: dəyişdirilə bilən arxa panellər qara və qırmızı rəngdə təklif olunur, girdələşdirilmiş “kasaşəkilli” formaya malikdir və ovuca rahat yerləşir. Toz və damcıdan mühafizə edilmiş klaviatura asan təmizlənir və istər sms-marafonlar, istərsə də ekstremal hava şərtlərinə dözümlüdür. Aparatın tam rəngli displeyində tanış piktoqramlar əks olunur ki, menyu üzrə naviqasiya və telefonun əsas funksiyalarına girişi asanlaşdırır, qurulmuş dinamik isə hətta ətraf səs-küylü olduqda belə, səsin ucadan və dəqiq səslənməsini təmin edir.

Gündəlik funksiyalardan daha çox yararlanın

“Nokia 107 Dual SIM” qurulmuş MP3-pleyerə malikdir ki, bu da harada olmağınızdan asılı olmayaraq, musiqiyə rəqəmsal formatda qulaq asmağa imkan verir. “Nokia 107 Dual SIM”də mikro-SD kart forması üçün slot yaddaş kartını 16 Qb-a qədər dəstəkləyir. Bu isə telefonu 3 000 MP-3 trekə kimi musiqi səsləndirilməsi ilə ümumilikdə 34,8 saata qədər saxlaya biləcək mobil fonotekaya çevirməyə imkan verir. Hər iki model “Nokia”nın digər aparatları kimi, ənənəvi olaraq əlavə enerji doldurulmasına ehtiyac duymadan uzun iş vaxtını təmin edir: “Nokia 106” üçün gözləmə rejimində 35 günə qədər və Nokia 107 Dual SIM” üçün gözləmə rejimində 24 günə qədər. Aparatın kalkulyator, taymer, sekundomer, danışan saat, həcm konverteri, təqvim, zəngli saat, fənər, FM - qəbul edici və oyunlar kimi faydalı və əyləncəli funksiyalarından indi daha çox istifadə etmək olar.

“Nokia” haqda məlumat

“Nokia” – mobil kommunikasiya sahəsində dünya lideridir. “Nokia” məhsulu bütün dünyada insanların həyatlarının ayrılmaz hissəsidir. Hər il 1,3 mlrd.-dan artıq insan informasiya və təəssüratlarını mübadilə etmək, yol tapmaq ya da sadəcə olaraq bir-biri ilə danışmaq üçün “Nokia”dan istifadə edir.

“Nokia”nın texnoloji və dizayn innovasiyaları onu dünyada tanınan brendlərdən birinə çevirib. Əlavə məlumat: http://www.nokia.com/about-nokia

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR