® “Technol” illik hesabatını təqdim edib

<font color=red>® </font>  “Technol” illik hesabatını təqdim edib
# 29 yanvar 2018 09:08 (UTC +04:00)

Qafqazın və Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı “Technol” bir illik hesabatını təqdim edib.

APA-Economics” xəbər verir ki, istehlakçılara tam sintetik mühərrik yağları təqdim edən “Technol” fəaliyyət göstərdiyi bir il ərzində ümumilikdə 5000 ton məhsul istehsal edib ki, bu məhsullar ölkə daxili ilə yanaşı, Gürcüstan və Türkiyəyə də ixrac edilib.

Şirkətin bir yaşı münasibətilə keçirilən tədbirdə illik hesabatı təqdim edən “Technol” şirkətinin direktoru Murad Rəfiyev bildirib ki, şirkət bir il ərzində ölkə əhəmiyyətli 9 tenderin qalibi olub, bu müddət ərzində 1125 satış nöqtəsində məhsulları müştəriyə təqdim edib, 195 korporativ müqavilə imzalayıb: “İlk ilimizdə bir neçə beynəlxalq sertifikat almışıq ki, bura İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sertifikatı, İSO 14001:2015 Ekoloji İdarəetmə Sertifikatı, ISO 17025:2005 beynəlxalq laboratoriya idarəetmə standartı üzrə sertifikatlar daxildir. Müəssisədə toplam 82 çeşiddə məhsul istehsal edilib. Buraya universal mühərrik yağları, dizel yağları, transmissiya yağları, gress, gəmi, digər sənaye yağları daxildir. Qeyd olunan bütün məhsullar yüksək keyfiyyətlə istehsal olunmaqla yanaşı, “PAŞA Sığorta” tərəfindən məsuliyyət sığortası ilə sığortalanıb. Bunun mahiyyəti odur ki, gələcəkdə bizim məhsullardan hər hansı birinə aid texniki nasazlıq yaranacağı təqdirdə, bu zərər sığorta şirkəti tərəfindən qarşılanacaq. Bu da məhsulumuzun keyfiyyətindən tam əmin olmağımız anlamına gəlir. Bundan başqa, işçilərimizin məmnuniyyəti bizim önəm verdiyimiz ən vacib məsələlərdəndir. Bu müddət ərzində şirkətimizdə insan resursları sahəsində ciddi və genişmiqyaslı işlər görülüb. Müəyyən olunmuş tədbirlər planı əsasında şirkətdə işçilərin işə qəbul prosesindən işdən azad edilməsi prosesinə qədər bütün sənəd prosedurları sənədləşdirilərək icraata verilib. Hal-hazırda şirkətimizdə çalışanların sayı 74 nəfərdir. İşçilərimizin 57 faizi 21-31 yaş arası, 30 faizi isə 31 yaşdan yuxarı insanlardır. Cavan kadrların daim təlim proseslərinə cəlb edilməsi, onların bu sahədə ixtisaslaşması şirkətin ən öndə duran məqsədlərindən biridir”.

M. Rəfiyev qeyd edib ki, şirkətin hər zaman əsas məqsədi Azərbaycan ərazisində yaradılan “Technol” ticarət nişanı altında ölkəni təmsil etmək, müştəri məmnuniyyətini öndə tutmaq və ən əsası müştərilərə şirkəti sevdirmək, şirkətin məhsullarına qarşı sevgi yaratmaq olub. “Şirkətimizin ikisi xarici ölkələrdə olmaqla, dörd distribusiya şəbəkəsi yaradılıb. Müştərilərdən bu günə qədər 8900-ə yaxın müraciət qəbul olunub və cavablandırılıb. Şirkətimiz bir il ərzində ölkədə strateji və böyük dövlət qurumlarının keçirdiyi 9 tenderin qalibi olub. Bu siyahıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Dəmir Yolları", "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərsu", SOCAR və "Azərikimya" İB kimi böyük dövlət qurumları var. Qazandığımız tenderlər içində ən böyüyü Müdafiə Nazirliyinin tenderidir ki, bu gün Azərbaycan milli ordusunun bütün növ texnikalarının yağla təminatını "Technol" şirkəti həyata keçirir”, - deyə M. Rəfiyev vurğulayıb.

Tədbirdə çıxış edən şirkətin texnoloqu, kimya mühəndisi Ayşegül Çülikkesen bildirib ki, şirkət öz məhsul portfelinin çeşidliliyini, keyfiyyətini artırmaqla müştərilərin tələbini qarşılayır: "Biz hər həftə məhsul portfelimizin sırasına daha birini əlavə edirik. Müştərilərin tələbinin çoxluğu ilə bu məhsullar tərəfimizdən genişləndirilir".

"Technol"un ölkədə investisiyanın təşviqi sənədini alan ilk şirkətlərdən olduğunu qeyd edən İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin direktor müavini Fikrət Qurbanov digər sənaye parklarına da verilən bu sənədin 7 il müddətinə vergidən, gömrük rüsumundan, ƏDV-dən azadolmanı ehtiva etdiyini bildirib. F. Qurbanov, həmçinin şirkətin komandasına uğurlar arzulayaraq Nazirliyin bundan sonra da şirkətə dəstək olacağını vurğulayıb.

Şirkətin həmtəsisçisi Elvin Hacıyev çıxış edərək "Technol"un bir il ərzində bütün çətinliklərin öhdəsindən uğurla gələrək Azərbaycan bazarında özünəməxsus yer tutduğunu qeyd edib: "Məqsədlərimizdən biri dünya bazarında baş verən maliyyə problemləri fonunda Azərbaycan istehlakçısının marağını qorumaq idi. Burada keyfiyyətli məhsul və uyğun qiymət məsələsi ön plana çıxırdı. Buna nail olmaqda bizə inanan, şans verən, səhvləri düzəltməyə, onlara daha yaxşı xidmət etməyə kömək olan tərəfdaşlarımıza təşəkkür edirik. Belə dəstək olmasa, Azərbaycanda heç bir istehsalçı nəinki inkişaf edə, hətta hər hansı bir hədəfə də çata bilməz. O cümlədən, hər il Azərbaycanda biznes mühitinin, sahibkarlığın, yerli istehsalın çiçəklənməsinə daim dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə və bütün dövlət qurumlarımıza təşəkkür edirik. Gələcək hədəflərimiz böyükdür. Bu hədəflərə əsasən keyfiyyətli məhsul, yaxşı xidmət, tərəfdaşlarımızın maraqlarının qorunması daxildir. Bundan başqa, bütün bölgələrdə məhsullarımızın əlçatanlığını təmin etmək hədəflərimiz sırasındadır. Bununla yanaşı, məhsulların "Made in Azerbaijan" markası ilə bir sıra ölkələrə çıxarılması üçün də işlərə başlamışıq. Şirkətimizin hədəfləri yalnız kommersiya məqsədləri ilə bağlı deyil. Bir sıra Korporativ Sosial Məsuliyyət layihələrində yaxından iştirak edirik və yeni layihələr üzərində çalışırıq. Bura yeni kadrların yetişdirilməsi, ölkə daxili və ölkə xarici təhsillər üçün təqaüd proqramlarının hazırlanması daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR