«Azerfon» bazara yeni tarif təqdim edib

«Azerfon» bazara yeni tarif təqdim edib
# 18 mart 2013 13:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yeni tarif təqdim edib.

«APA-Economics»in məlumatına görə, mobil operatorun təqdim etdiyi «Zero» (Sıfır) tarifinə qoşulan abunəçi kiçik bağlantı haqqı ödəyərək, şəbəkədaxili səsli və video zənglər zamanı ilk 3 dəqiqəni 0 (sıfır) qəpiyə danışa biləcək. İlk 3 dəqiqə şəbəkədaxili zənglər üçün bağlantı haqqı və şəbəkədaxili zənglər zamanı 4-cü dəqiqədən başlayaraq hər növbəti dəqiqə üçün danışıq haqqı 4 qəpik təşkil edir.

Bu tarifə qoşulan abunəçi həmçinin, iki sevimli «Nar» nömrəsinə 50% endirimlə zəng edə bilər. Sevimli nömrələrə zəng zamanı ilk 3 dəqiqə üçün 4 qəpik, 4-cü dəqiqədən etibarən isə hər dəqiqə üçün 2 qəpik ödəyəcək. Abunəçi «Zero» tarifinə qoşulmaq üçün «0» yazıb 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#000#Yes yığmalıdır.

Bundan başqa, «Zero» tarifində zəng, SMS və data xidmətləri üçün digər qiymətlər də təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR