«Azərpoçt»da pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür

«Azərpoçt»da pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür
# 05 mart 2013 11:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərpoçt» MMC vasitəsilə həyata keçirilən pul köçürmələrinin 80%-i MDB ölkələrinin payına düşür. Belə ki, pul köçürmələrinin 70%-i Rusiya, 10%-i isə Ukrayna, Qazaxıstan və Belarusla aparılan əməliyyatlar hesabına formalaşıb. «APA-Economics»in məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.

Poçt sahəsinin artım dinamikası barədə N.Məmmədov qeyd edib ki, ölkədaxili poçt göndərmələri ildə orta hesabla 30-40% artır, beynəlxalq post göndərmələri də ilbəil artmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR