«Aztelekom»un xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayı son bir ildə 2 dəfədən çox artıb

«Aztelekom»un xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayı son bir ildə 2 dəfədən çox artıb
# 27 mart 2013 08:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyinin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə artaraq 114 mini keçib.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, son bir ildə regionlarda genişzolaqlı internet xidmətlərinə çıxış imkanı bir qədər də artıb. Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirlərdə payı 21,9% təşkil edir, ötən ilin əvvəlində isə bu göstərici 10,9% olub.


Qeyd edək ki, «Aztelekom» tərəfindən 7 internet-provayderlə bağlanan birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq onlar tərəfindən 17 rayonda ümumilikdə 570 km optik kabel çəkilişi həyata keçirilib. Ümumilikdə bu layihə çərçivəsində 33 TKQ-nin xidmət ərazisində 2 100 km-dən artıq fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR