AzAL Bakı-Berlin-Bakı istiqamətində xüsusi aksiya keçirir

 AzAL Bakı-Berlin-Bakı istiqamətində xüsusi aksiya keçirir
# 11 iyun 2015 13:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərbaycan Hava Yolları” (AzAL) Bakı-Berlin-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiya keçirir.

Bu barədə “APA-Economics”ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı-Berlin-Bakı (Berlin – Bakı - Berlin) reysi сəmi 399 avro olmaqla 1 iyuldan 15 avqust tarixinə kimi qüvvədədir.

Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Maksimal qalma müddəti bir aydır. Biletin qiymətinə yığımlar və rüsumlar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR