Azərbaycan avtomobil istehsalını 78%-ə yaxın azaldıb

 Azərbaycan avtomobil istehsalını 78%-ə yaxın azaldıb
# 15 avqust 2015 08:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 184,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,0%, nəqliyyat vasitələrinin istehsalı 1,9%, avtomobil və qoşquların istehsalı isə 25,3% azalıb.

Belə ki, ötən yeddi ay ərzində Azərbaycanda 325 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 78,48% azdır. Nəticədə bu ilin avqust ayının 1-nə 302 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən yeddi ərzində ölkədə 182 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,47% çoxdur.

Bundan başqa, bu ilin avqustun 1-nə 435 ədəd xüsusi təyinatlı kommunal maşın istehsal edilib. Nəticədə bu ilin avqust ayının 1-ə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvar-iyul aylarında 610 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 13,96% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR