Azərbaycanda istifadədə olan elektron imzaların sayı 23 minə çatıb

 Azərbaycanda istifadədə olan elektron imzaların sayı 23 minə çatıb
# 08 sentyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda avqustun 31-nə qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 22 845 ədəd olub.

APA-Economics” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu statistik göstərici “Elektron hökumət” bülleteninin sentyabr buraxılışında əksini tapıb.

Dövlət qurumlarına 14 490 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 2 956 ədədə çatıb. Vətəndaşlar isə 5 399 sertifikat əldə ediblər.

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR