"Azərsu"nun dövlət büdcəsinə 39 mln. manat borcu var

"Azərsu"nun dövlət büdcəsinə 39 mln. manat borcu var
# 23 may 2017 14:29 (UTC +04:00)

"Azərsu" ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2016-cı ildə 2014-cü illə müqayisədə 21 mln. 964,1 min manat və ya 3,2 dəfə, 2015-ci illə müqayisədə 7 mln. 548,9 min manat və ya 30,7% artaraq 32 mln. 168,6 min manatadək yüksəlib.

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.


Rəydə qeyd edilib ki, hesabat ilində cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 2 mln. 742,6 min manat və ya 6,6% azalaraq 38 mln. 777,7 min manat, artıq ödəmənin həcmi 3 mln. 360,9 min manat və ya 99,6% azalaraq 12,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR