"Bakcell" "ASAN İmza" xidmətinə qoşulan abunəçilərini mükafatlandırıb

"Bakcell" "ASAN İmza" xidmətinə qoşulan abunəçilərini mükafatlandırıb
# 06 fevral 2015 13:32 (UTC +04:00)

Bakı - APA-Economics. "Bakcell" şirkəti "ASAN İmza" mobil elektron xidmətinə qoşulan şanslı abunəçilərinə "ALOV" smartfonu hədiyyə edib.

“Bakcell”in dekabr ayının əvvəlində öz rəsmi “Facebook” səhifəsində elan etdiyi kampaniyanın şərtlərinə görə, ötən ilin son ayı ərzində "ASAN İmza" xidmətinə qoşulan hər yüzüncü abunəçi qalib hesab olunurdu.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “BEST Solutions” şirkəti ilə birlikdə həyata keçirilən “ASAN İmza” mobil imza xidməti elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “ASAN İmza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.

“ASAN İmza” kartlarını Bakı şəhərində və bölgələrdə yerləşən bütün müştəri xidməti mərkəzlərindən, həmçinin 1 saylı “ASAN Xidmət” mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR