"Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" metro stansiyaları arasındakı ikinci yolda təmirə başlanılır

"Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" metro stansiyaları arasındakı ikinci yolda təmirə başlanılır
# 23 dekabr 2016 09:55 (UTC +04:00)

2014-cü ilin sonlarında etibarən "Şah İsmayıl Xətai" stansiyasını birinci baş yolunda, eyni zamanda "Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" stansiyaları arasında olan yol mənzilində aparılan təmir işləri bu gündən etibarən yekunlaşıb. "APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, tuneldə sağlamlaşdırma işlər, eyni zamanda relslərin, beton, çuqun tüninqlərin təmiri, elektrik, rabitə avadanlıqlarının dəyişdirilib yenisi ilə əvəz olunması işləri həyata keçirilib: "Bu, stansiyada aparılan təmir-tikinti işlərinin birinci mərhələsidir. İkinci mərhələdə isə "Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" stansiyaları yol mənzillərinin ikinci yolunda təmir işlərinə başlayırıq, təmir işləri bir il müddətində davam edəcək. Plana əsasən, 2018-ci ilə qədər hər 3 eskalator dəyişdiriləcək, binanın görkəmində də təmir-tikinti işləri aparılacaq".

Qurum rəsmisi qeyd edib ki, stansiyada təmir işləri tamamilə "Bakı Metropoliteni" QSC-nin öz imkanları hesabına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR