® “Yeni Həyat” Şirkətlər Qrupu “7 S” keyfiyyət standartını təqdim edib - FOTO

<font color=red>® </font>“Yeni Həyat” Şirkətlər Qrupu “7 S” keyfiyyət standartını təqdim edib - <span style="color: red;">FOTO
# 10 sentyabr 2014 07:00 (UTC +04:00)

Bakı – APA-Economics. 2002-ci ildə əsası qoyulan “Yeni Həyat” Şirkətlər Qrupu hal-hazırda Azərbaycanın inşaat sektorunun liderlərindən birinə çevrilib. Şirkət bütün fəaliyyət dövründə bir çox uğurlu layihələr həyata keçirərək yeni yaşam tərzini əks etdirən yaşayış kompleksləri və iş ortamlarını istifadəyə verib.

Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən “Yeni Həyat” Şirkətlər Qrupu müştəri tələb və məmnuniyyətini hər zaman öndə tutaraq yeni layihələrə imza atmaqdadır.

Bu gün “Yeni Həyat” Şirkətlər Qrupu yeni “7S” keyfiyyət standartı layihəsini təqdim edir.

Mənzil rahat həyatın ən ümdə atributlarından biri, hətta birincisidir. İnsanlar ən böyük sərmayəsini də məhz mənzil alışına qoyurlar. Bu baxımdan da mənzilə olan tələblər gündən-günə dəyişir, artır. Müasir insanlar ailələrinin maksimal komfortda yaşamalarını təmin edə biləcək yaşayış komplekslərinə üstünlük verirlər. Aparılan araşdırma və sorğuların nəticəsində “Yeni Hayat” Şirkətlər Qrupu mənzil alışında üstünlük verilən 7 əsas tələbi müəyyən edərək onu özünün standartına çevirməyi məqsəd qoyur. “7S” adı verilən bu keyfiyyət standartı aşağıdakıları ehtiva etməkdədir:

1. Təmizlik, təhlükəsizlik,konsyerj və müştəri servisi daxil olmaqla binalara tam xidmət

2. Hər bir müştərinin təmirli mənzilə və minimum 1 qaraja sahib olma imkanı

3. Geniş həyətyanı sahədə açıq istirahət mərkəzinin olması;

4. Bütün gündəlik ehtiyacları ödəyə biləcək genişsahəli Hipermarket

5. Kişi və qadınlar üçün ayrı Fitness& SPA salonlar və hovuzların yer aldığı sağlamlıq mərkəzi

6. Uşaq bağçası və ya məktəbəqədər təhsil mərkəzi

7. Sakin və qonaqların asudə vaxtlarını keçirə biləcəkləri əyləncə mərkəzi və iaşə obyektləri.

“7S” keyfiyyət standartları şirkətin tikilməkdə olan “Park Azure” və “Grand Hayat” yaşayış komplekslərində artıq tətbiq edilməyə başlamışdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR