® Toyota 14 yaşlı Aydanı Yaponiyaya dəvət edir

<font color=red>® </font>  Toyota 14 yaşlı Aydanı Yaponiyaya dəvət edir
# 02 iyul 2018 08:00 (UTC +04:00)

Xəyallarınızın avtomobili dünyanı yaxşılığa doğru necə dəyişə bilər?

Hər il minlərlə uşaq Toyota-nın təşəbbüsü ilə keçirilən dünyanın ən böyük bədii müsabiqələrindən birində iştirak etməklə dünya ilə öz xəyallarını bölüşürlər.

Bu il xəyalını bölüşən və müsabiqədə qalib gələn Azərbaycandan bir qız — Aydan Eynullayeva oldu. Onun “Dünyanın gözəlliyi” adlı heyranedici əsəri bu il Ümumdünya Müsabiqə mükafatının 650 000-dən artıq işin içindən seçdiyi laureatlardan biri oldu! 14 yaşlı Aydan və onun valideyninə hədiyyə qismində avqust ayında Yaponiyaya səyahət üçün sertifikat təqdim olunmuşdur. Müsabiqənin yekun mərhələsi — mükafatlandırma mərasimi — Tokioda baş tutacaq.

Bu il müsabiqə Toyota Caucasus (Toyota-nın Qafqazda rəsmi nümayəndəsi) rəhbərliyi ilə Toyota Bakı Mərkəzi tərəfindən təşkil olunmuşdur.Yaponiyaya 9 iş (hər yaş kateqoriyası üzrə 3 iş) seçilib göndərilmişdir.

Peşəkarlardan ibarət münsiflər heyətinin qərarı ilə Azərbaycandan üç yaş kateqoriyası üzrə doqquz qalib müəyyən olunmuşdur. Milli seçimlərin qalibləri hədiyyə və sertifikatlarla təltif olunmuşdur.

7 yaşa qədər kateqoriya:

1. Aqil Əmirov (6 yaş)

2. Rza Quliyev (7 yaş)

3. Fəxri Məhərrəmli (7 yaş)

8-11 yaş kateqoriyası:

1. Sura Dadaşzadə (10 yaş)

2. Əlimərdan Əmirov (8 yaş)

3. Əkrəm Quliyev (8 yaş)

8-11 yaş kateqoriyası:

1. Əbdülrəhim Bağırov (12 yaş)

2. Altay Adıgözəlov (13 yaş)

3. Aydan Eynullayeva (14 yaş)

Dünya üzrə ən yaxşı 30 əsər seçilmişdir. Bu əsərlərin müəllifləri və onların valideynləri səslərin sayına görə seçiləcək ən yaxşı işlərin mükafatlandırma mərasimində iştirak etmək üçün Yaponiyaya dəvət edilmişdir.

Toyota onlayn səs vermək imkanı verən xüsusi veb-səhifə hazırlamışdır —https://www.toyota-dreamcarart.com/vote/. Bu veb-səhifə hər kəsə bəyəndiyi əsərə səs vermək imkanı yaradacaq. Sizi də sayta baş çəkib səs verməyinizi dəvət edirik. Səsvermə iyulun 1-dən etibarən başlayacaq.

Toyota Dream Car Art müsabiqəsi hər il keçirilir. Belə ki, bu müsabiqədə 15 yaşına çatmamış hər bir uşaq iştirak edə bilər. Əvvəlcə müsabiqə yerli dilerlər tərəfindən ölkə səviyyəsində, daha sonra isə Ümumdünya müsabiqə keçirilir. Dilerlər müsabiqə barədə məlumat verir, ən yaxşı 9 əsəri seçir (üç yaş kateqoriyası üzrə) və onları qlobal müsabiqədə iştirak etməsi üçün Yaponiyaya göndərir. Azərbaycan bu müsabiqədə 2014-cü ildən iştirak edir.

Toyota bu müsabiqə ilə uşaqların xəyallarını yerinə yetirməyə davam edəcək və ümidvarıq ki, gənc istedadlar bu gözəl fürsətdən istifadə edib özlərini ifadə etmək və avtomobilə unikal baxışlarını dünya ilə bölüşmək üçün qarşıdakı müsabiqələrdə iştirak edəcəklər.

Daha ətraflı məlumat və müsabiqənin əsas tələbləri: https://www.toyota-dreamcarart.com/about/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR