MIDA Hövsanda çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə bağlı tender keçirir

 MIDA Hövsanda çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə bağlı tender keçirir
# 30 yanvar 2018 07:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi üzrə satınalmalarla əlaqədar tender keçirir.

APA-Economics” “Respublika” qəzetinə istinadən xəbər verir ki, tender 1 lot üzrə, 7 mərtəbəli və 5 seksiyalı yaşayış binasının tikintisi üçün keçirilir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 22 fevral saat 17:00-a qədər təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. Tender təklifi zərfləri 23 fevralda saat 11:00-da “MİDA” MMC-də açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR