Ağsu dolaylarının yenidən qurulması üçün maliyyə mənbəyi axtarılır

Ağsu dolaylarının yenidən qurulması üçün maliyyə mənbəyi axtarılır
# 01 iyul 2014 07:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Fəal sürüşmə zonası hesab olunan Ağsu dolayları Muğanlı-Yevlax avtomobil yolu layihəsinin tərkibində idi. Lakin bura hədindən artıq aktiv sürüşmə zonası olduğuna və ildən-ilə sürüşmənin həcmi artdığına görə Ağsu dolayları layihəsi Muğanlı-Yevlax avtomobil yolu layihəsindən çıxarılıb.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Ağsu dolaylarının həmin layihədən çıxarılmasının səbəb ərazidə yenidən əsaslı geologiya işlərinin aparılması ilə əlaqədardır.

“Dolğun geoloji işləri əsasında isə yeni layihə hazırlanmalıdır. Bundan əlavə, hazırda bu layihənin maliyyə mənbəyi də axtarılır. Bu işlər həllini tapdıqdan sonra tender keçiriləcək. Tenderin qalibi Ağsu dolaylarının yenidən qurulması layihəsini icra edəcək”, - deyə P. Mürsəliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR