AZAL: İyulun 5-dək Türkiyəyə bilet almış sərnişinlər terror aktı ilə əlaqədar onu qaytara bilər

AZAL: İyulun 5-dək Türkiyəyə bilet almış sərnişinlər terror aktı ilə əlaqədar onu qaytara bilər
# 30 iyun 2016 13:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb.

Bu barədə "APA-Economics"ə AZAL-dan məlumat verilib.

"Sərnişinlərin rahatlığını düşünərək, “Azərbaycan Hava Yolları”nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR