AZAL aviaparkını genişləndirir

AZAL aviaparkını genişləndirir
# 06 mart 2013 12:04 (UTC +04:00)

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin may ayından etibarən AZAL Braziliya istehsalı olan «Embraer» təyyarələrini alacaq: «Ümumiyyətlə, bu tipli 6 avialayner alınacaq ki, bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq».

AZAL rəsmisi onu da bildirib ki, aviaşirkətin parkına həmçinin iki yeni «Airbus A-340», 2014-cü ildə isə «Boeing-787 Dreamliner» təyyarəsi əlavə olunacaq: «Artıq «Airbus A-340» təyyarəsinin biri Bakıya gətirilib və hazırda heyət bu təyyarədə təlim uçuşları həyata keçirir. Daha sonra sözügedən avialayner interyer və rənglənmə işləri üçün xaricə göndəriləcək və aprelin sonunda AZAL-ın aviaparkına əlavə olunacaq. «Airbus»un ikincisi isə ölkəyə təxminən payız aylarında gətiriləcək».

Qeyd edək ki, «Embraer-170» təyyarəsinin sərnişin tutumu 70-76, «Embraer-190»ın isə 100-ə bərabərdir.

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319» və 2 «Boeing-767-300ER» avialaynerləri mövcuddur. Aviaşirkətin balansında olan 6 ATR tipli təyyarə isə satışa çıxarılaraq realizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR