Azərbaycan Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına assosiativ üzvlük üçün müraciət edib

Azərbaycan Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına assosiativ üzvlük üçün müraciət edib
# 11 sentyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA) təşkilatına assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hal-hazırda müraciətə bu təşkilatda baxılmaqdadır.

EA-ya assosiativ üzv qismində qoşulmaq hüququna Avropa İttifaqına potensial namizəd ölkələrin və ya Avropa İttifaqı Qonşuluq Siyasətinin şamil olunduğu ölkələrin akkreditasiya orqanları malikdir.

Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatı 1997-ci ildən fəaliyyət göstərir. Rəsmi Avropa akkreditasiya qurumu qismində yaradılmış EA tanınmış milli akkreditasiya orqanlarının şəbəkəsidir. Bu status 9 iyul 2008-ci il tarixli Avropa Parlamenti və Avropa İttifaqının Şurasının qəbul etdiyi 765/2008 nömrəli Reqlamentlə müəyyən edilib. 21 may 2009-cu il tarixində Avropa İttifaqının rəsmi jurnalında Avropa Komissiyası, Avropa Azad Ticarət Zonası, EA və milli orqanlar arasında əməkdaşlığın prinsip və məqsədlərini müəyyən edən rəhbər sənəd nəşr edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR