Azərbaycan Dövlət Gömrük Komitəsi Rusiya və Gürcüstanla sərhəddəki gömrük məntəqələrində yaranmış növbələrə bir daha aydınlıq gətirib

Azərbaycan Dövlət Gömrük Komitəsi Rusiya və Gürcüstanla sərhəddəki gömrük məntəqələrində yaranmış növbələrə bir daha aydınlıq gətirib
# 02 sentyabr 2014 15:01 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, A.Əliyev bildirib ki, gömrük məntəqələrində yaranan növbə bir gündən bir az artıq davam edib.

“Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Sınıq körpü” və sonradan Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük keçid məntəqəsində növbə yaranmışdı. Buna da səbəb Gürcüstanda qısa müddətdə hava şəraiti ilə əlaqədar sərhəd-keçid məntəqəsinin bağlanması idi. Məhz bu səbəbdən Gürcüstanda olan Rusiya, Ukrayna və digər ölkələrin vətəndaşları Azərbaycandan tranzit kimi istifadə etməyə məcbur idilər. Buna görə də növbələr yarandı. Buna baxmayaraq, biz qısa müddət ərzində xətləri açdıq” - deyə A.Əliyev qeyd edib.

Komitə sədri deyib ki, bu sıxlıq avadanlıq və gömrük əməkdaşlarından asılı olmayıb: “Məktəblərin başlaması ilə bağlı Gürcüstanda səyahətdə olan Rusiya və Ukrayna vətəndaşları öz ölkələrinə keçmək istədikdə, Azərbaycana gəlib ölkəmizdən tranzit kimi istifadə edirdilər. Bu da sərhəd keçid məntəqələrində növbələrin yaranmasına səbəb olurdu. Amma bir daha deyirəm ki, bütün bunların qarşısı vaxtında alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR