Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinə direktor təyin olunub

Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinə direktor təyin olunub
# 06 mart 2013 15:24 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Onun sözlərinə görə, Mərkəzin direktoru vəzifəsinə «Intrans» şirkətinin baş direktoru Faiq Azər oğlu Fərmanov təyin edilib.

F.Fərmanov Azərbaycan Texniki Universiteti bitirib, Azərbaycan, rus və ingilis dillərini bilir, 2009-cu ildə dövlət başçısının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif olunub və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Elektron Təhlükəsizlik Mərkəzi haqqında əsasnamə təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR