Azərbaycan Gürcüstana ümumi dəyəri 500 min manat olan traktor ixrac edib

Azərbaycan Gürcüstana ümumi dəyəri 500 min manat olan traktor ixrac edib
# 27 fevral 2018 12:33 (UTC +04:00)

"Azərbaycan Belarus Gəncə Avtomobil Zavodunda istehsal olunan avtomobil və kənd təsərrüfatı texnikalarının 3-cü ölkəyə ixrac edilməsi ilə bağlı müzakirələr aparır".

APA-Economics” xəbər verir ki, bunu “Gəncə Avtomobil Zavodu” İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Belarus mətbuatına açıqlaması zamanı bildirib.

X.Fətiyev bildirib ki, Belarusla müştərək fəaliyyətin göstərildiyi 10 ilə yaxın müddətdə 10 model traktor və 20 model MAZ avtomobili istehsal olunub.

“İstehsal olunmuş avtomobil və texnikaların sayına gəlincə, Gəncə Avtomobil Zavodunda müxtəlif modifikasiyalı 9,7 min “Belarus” traktoru, 3,8 mindən çox avtomobil, avtobus, MAZ istehsal olunub. Zavodda istehsal səviyyəsi hər il artır. Məhz bu səbəbdən MAZ avtomobillərinin istehsalı 40-50 faizə çatır. Bu modelin şassisinə quraşdırılan bütün detallar Gəncədə istehsal olunur. Biz bu istiqamətdə ciddi fəaliyyət göstəririk. Hal-hazırda pambıqyığan traktorların qoşqusunun istehsal olunması üzərində iş gedir”, - deyə X.Fətiyev vurğulayıb.

2011-ci ildən Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan və İran kimi ölkələrdə kənd təsərrüfatı texnikaları bazarını araşdırdıqlarını deyən zavod rəhbəri qeyd edib ki, bu istiqamətdə artıq uğur əldə olunub: “Xüsusilə Gürcüstan ilə ixracla bağlı razılıq əldə olunaraq artıq bu ölkəyə 500 min manat dəyərində traktor tədarük edilib. Biz burada avtomobil və traktor alışı ilə bağlı keçirilən tenderlərdə iştirak edirik. Keçən il Türkiyədə Gəncə Avtomobil Zavodunun nümayəndəliyi fəaliyyətə başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR