Azərbaycan və Şri-Lanka arasında hava nəqliyyatı sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycan və Şri-Lanka arasında hava nəqliyyatı sahəsində əməkdaşlığa dair saziş imzalanacaq
# 27 sentyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan və Şri-Lanka arasında hava nəqliyyatı sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. APA-nın xəbərinə görə, bu barədə Şri-Lanka hökumətinin rəsmi informasiya portalı məlumat yayıb.

Hər iki ölkənin mülki aviasiya idarələri arasında ötən ildən başlamış məsləhətləşmələrin nəticəsi olaraq sazişin mətni razılaşdırılıb.

Sənəd Şri-Lankanın və Azərbaycanın aviaşirkətlərinə heç bir məhdudiyyət olmadan yükdaşıma uçuşları yerinə yetirməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR