Azərbaycan və Ukrayna arasında yeni aviareys açıla bilər

Azərbaycan və Ukrayna arasında yeni aviareys açıla bilər
# 26 noyabr 2012 08:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Ukrayna arasında yeni aviareysin açılmasına dair danışıqlar aparılır.

«APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, artıq qış mövsümü ərzində «Xarkov» hava limanının cədvəlində Xarkov-Bakı aviareysi yer ala bilər. Hazırda Azərbaycan və Ukrayna arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasını «Azərbaycan Hava Yolları» QSC (AZAL) də təsdiqləyib.

Bundan başqa, «Xarkov» aeroportundan Krakov (Polşa), Xurqada və Şarm-əl-Şeyx (hər ikisi Misir) kimi şəhərlərə uçuşlara başlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycan və Ukrayna arasında Bakı-Kiyev və Bakı-Donetsk aviareysləri yerinə yetirilir. Bundan başqa, yay mövsümündə Bakıdan Ukraynanın Lvov, Simferopol, Odessa və Krım şəhərlərinə də uçuşlar yerinə yetirilir.

Xatırladaq ki, hazırda Bakı ilə Xarkovu dəmir yolu birləşdirir. Belə ki, hər həftənin V günləri sərnişin qatarı Bakı-Xarkov marşrutu ilə yola düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR