Azərbaycanda daha bir e-xidmətin inzibati reqlamentində dəyişikliklər olunub

Azərbaycanda daha bir e-xidmətin inzibati reqlamentində dəyişikliklər olunub
# 18 avqust 2015 08:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanda daha bir elektron xidmətin inzibati reqlamentində dəyişikliklər edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

İnzibati reqlamentin 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinin doqquzuncu abzaslarında “Bakı şəhəri Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, on birinci abzaslarında isə “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilib.

Dəyişikliklər “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR