Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilib

Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilib
# 16 sentyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədi ilə daha 15 ədəd vericinin quraşdırılması işi başa çatdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, vericilər Şamaxı rayonu, Nağaraxana RTS-də, Quba rayonunun Çiçi kəndində, Göygöl rayonu, Çaylı RTS-də, Tovuz rayonu, Yuxarı Öysüzlüdə, Gədəbəy rayonu, Xar-Xar RTS-də, Daşkəsən rayonunun Xoşbulaq, Qazax rayonunun Kəmərli, İsmayıllının Lahıc, Yardımlının Alar, Tovuzun Əsrik Cırdaxan kəndlərində və başqa ərazilərdə quraşdırılaraq istismara verilib.

Qeyd edək ki, “Teleradio” İB digər aidiyyəti ərazilərin də DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR