Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi ötən ilin analoji dövrünə nisbətən artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə 590,1 min və ya 10,1% çox sərnişin daşınıb və onun 99%-i dövlət, 1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
«Bu nəqliyyat növü ilə yükdaşıma 2 dəfə artaraq 45,8 min tona çatıb», - deyə Komitədən bildirilib.