Azərbaycanda hər 10 şirkətdən 9-u lisenziyasız proqram təminatından istifadə etmək riskini daşıyır - ARAŞDIRMA

Azərbaycanda hər 10 şirkətdən 9-u lisenziyasız proqram təminatından istifadə etmək riskini daşıyır - <span style="color: red;">ARAŞDIRMA
# 30 sentyabr 2014 12:24 (UTC +04:00)

BSA-nın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nəriman Ramazanovun adından “APA-Economics”ə daxil olan məlumatda görə, BSA Software Piracy Study araşdırması göstərib ki, Azərbaycanda proqram təminatı üzrə piratçılıq dərəcəsi 85%-dir.

Bununla da, belə nəticəyə gəlmək olar ki, Azərbaycanda piratçılığın həcmi yüksək təhlükəli səviyyədədir və təxminən hər 10 şirkətdən 9-u lisenziyasız proqram təminatından istifadə etmək riskini daşıyır.

Bazarın təhlili nəticəsində məlum olub ki, bir sıra təşkilatlarda proqram təminatı üzrə lisenziyanın nə olduğu barədə təsəvvür belə yoxdur.

Kompüter proqramlarından qanunsuz istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun müddəalarına müvafiq olaraq, müəlliflik hüquqlarının pozulması mənasını verir və cinayət məsuliyyəti ilə nəticələnə bilər.

“BSA-nın Azərbaycandakı səlahiyyətli nümayəndəsi olaraq, lisenziyasız proqram təminatlarından istifadə etməkdə şübhəli bilinən şirkətlər barədə məlumatlar əldə etməyə başlamışıq. Bu məlumatları ilkin yoxladıqdan sonra, BSA qanunların icbari tətbiqi üzrə cavabdeh olan yerli orqanlara qanunun tətbiqi üçün, eləcə də proqram təminatının qeyri-qanuni yayılması və yenidən hazırlanması ilə bağlı şikayət göndərir”, - deyə N. Ramazanov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR