Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş kartları olacaq

Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş kartları olacaq
# 17 sentyabr 2014 12:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda ictimai nəqliyyatda istifadə olunacaq ödəmə kartlarının tətbiq olunma sahəsi genişləndiriləcək. Nəqliyyat Nazirliyinin bununla bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində ictimai nəqliyyatda ödəmə kartlarından metroda, habelə taksidə gediş haqqını ödəmək üçün də istifadə etmək mümkün olacaq.

APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini qeyd edib ki, hazırda məsələ ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır.

“İctimai nəqliyyatda elektron ödəniş üçün tətbiq ediləcək kartlar metro və gələcəkdə taksilərə də inteqrasiya olunacaq. Hazırda “Bakı Metropoliteni” MMC-nin öz kartları var. Amma onların inteqrasiya olunması üçün kartlar yenidən işlənməlidir. Bu layihə çərçivəsində bütün məsələlər əhatə edilməlidir”- deyə M. Pənahov qeyd edib.

Qeyd edək ki, bu kartlar “MasterCard” ödəniş sisteminin bazasında “Bank of Azerbaijan” ASC tərəfindən buraxılıb. 450 mindən artıq kart hazırdır. Kartların satış qiyməti 3 manat təşkil edir. Bu məbləğin 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR