Azərbaycanda qeydiyyatdan keçmiş domenlərin sayı bəlli olub

Azərbaycanda qeydiyyatdan keçmiş domenlərin sayı bəlli olub
# 29 sentyabr 2014 08:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmaqda davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 23 007 təşkil edir.

Domenlərin böyük əksəriyyəti (21 426) “.az” domeninin payına düşür. Həmçinin 972 “.com.az” domeni qeydiyyatdan keçib.

Sonrakı yerləri “.pro.az” 1, “.name.az” 10, “.biz.az” 20, “.info.az” 58, “.co.az” 70, “.pp.az” 32, “.int.az” 38, “.net.az” 68, “.org.az” 127, “.edu.az” 181, “.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Qeyd edək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR