Azərbaycanda yeni GPS stansiyaların quraşdırılmasına başlanılıb

Azərbaycanda yeni GPS stansiyaların quraşdırılmasına başlanılıb
# 27 noyabr 2012 10:02 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ölkə ərazisində yeni GPS stansiyaların quraşdırılmasına başlayıb. Bu barədə APA-ya RSXM-nın mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, GPS stansiyalar rayonlarda və Abşeron yarımadasında RSXM-nın seysmik stansiyaları yerləşən ərazilərdə quraşdırılacaq. Ölkə ərazisində ümumilikdə 25 GPS stansiyanın quraşdırılması nəzərdə tutulur.

Yeni GPS stansiyalar geofiziki və seysmik tədqiqatların keyfiyyətinin artırılmasına və seysmik baxımdan aktiv olan ərazilərdə tədqiqatların genişlənməsinə xidmət edəcək. GPS stansiyalar tam işə salınandan sonra yerin təkində gedən prosesləri seysmik, geofiziki, geokimyəvi istiqamətlərlə yanaşı, qravimetrik, maqnometrik və s. istiqamətlərdə də izləmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR