Azərbaycanın yeddi rayonunda yeni günəş elektrik stansiyası tikiləcək

Azərbaycanın yeddi rayonunda yeni günəş elektrik stansiyası tikiləcək
# 23 sentyabr 2014 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Azərbaycanın Yeni Yaşma adlanan ərazisində yeni külək stansiyası istifadəyə veriləcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, artıq bu stansiyasının tikintisi başa çatıb və hazırda orada müvafiq Dövlət Komissiyası çərçivəsində yoxlama işləri aparılır.

“Yaxın günlərdə 50 MVt gücündə olan həmin külək stansiyasının açılışını ediləcək. Növbəti mərhələdə sözügedən stansiya “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulacaq”, - deyə o bildirib.

A. Bədəlov xatırladıb ki, bu günlərdə bundan əvvəl Bakının Suraxanı rayonunda günəş elektrik stansiyasının açılışı olub. Bakının Qaradağ, Pirallahı rayonlarında və Samux rayonunda isə günəş elektrik stansiyalarının tikintisi başa çatıb.

“Hazırda orada şəbəkəyə qoşulma prosesləri gedir. Bundan əlavə, artıq 7 rayonda da günəş elektrik stansiyalarının layihələrini yekunlaşdırmaq üzrəyik. Ya bu ilin sonunda, yaxud gələn ilin əvvəlində bu layihələrin təməli qoyulacaq”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR