Azərbaycanla Fransa şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Fransa şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir
# 25 sentyabr 2014 13:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Sentyabrın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Fransanın Azərbaycandakı səfirliyinin müraciətinə əsasən Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyinin Ətraf mühit və davamlı inkişaf baş şurasının baş inspektoru Kristian Levi və Avropa və beynəlxalq məsələlər idarəsinin ərazi üzrə məsul şəxsi Ekkapol Supanvorranop ilə görüş keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətini qəbul edən komitənin Aparat rəhbəri Elmar Hüseynzadə qonaqları salamlayıb və qurumun fəaliyyəti və gördüyü işlər barədə onları məlumatlandırıb.

Qonaqlar da öz növbəsində görüşün keçirilməsi və səmimi qəbul üçün minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, bu görüşün məqsədi fransız və Azərbaycan şəhərlərinin planlaşdırma və şəhərsalma sahəsindəki təcrübələrini bölüşmək və iki ölkə arasında bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Əməkdaşlığın istiqamətləri və imkanları, həmçinin qonaqları maraqlandıran digər suallar ətrafında aparılan müzakirələrin sonunda E. Hüseynzadə bildirib ki, şəhərsalma sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması hər iki ölkə üçün faydalı olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR