Azərbaycanla Pakistan arasında birbaşa aviareysin açılması üçün danışıqlar gedir

Azərbaycanla Pakistan arasında birbaşa aviareysin açılması üçün danışıqlar gedir
# 21 avqust 2013 09:55 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfirliyin ikinci katibi Çingiz Qəribli bildirib.

Onun sözlərinə görə, aviareysin gələn il açılması planlaşdırılsa da, hər iki tərəf aviareysin tez bir zamanda açılmasını istəyirlər: “Bu məsələ gündəmdədir. Lakin reyslərin hansı şirkət tərəfindən və hansı şəhərlər arasında olacağı barədə məsələlər müzakirələrin sonunda həllini tapacaq”.

Ç. Qəribli vurğulayıb ki, marşrut ilə bağlı hazırda bir neçə alternativ variantlar nəzərdən keçirilir: “Reysin iqtisadi cəhətdən rentabelliyi üçün Bakıdan tranzit kimi istifadə edilməsi gözlənilir. Məsələn, İslamabaddan Avropanın şəhərlərinin birinə uçan təyyarənin Bakıda enməsini, sonra isə öz yoluna davam etməsini planlaşdırırıq. Bununla bağlı görüşlər davam edir, müzakirələr gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR