Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib
# 30 may 2017 10:02 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri kəşf etmək, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Seeds for the Future” proqramına start verir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu proqram tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənib.

Proqram çərçivəsində mütəxəssislərdən ibarət münsiflər heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçəcək və onların Çinə səfəri təşkil ediləcək.

Çində iki həftəlik proqramda iştirak etmək şansı qazanan tələbələr “Huawei”in Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər. Eyni zamanda, tələbələr İKT üzrə təlim kurslarına qatılacaq.

“Huawei” şirkətinin məqsədi İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR